...

Azərbaycanın maliyyə orqanlarının yeni inzibati binaları istifadəyə verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 18:45 (UTC +04:00)
Milli Qurtuluş günü ərəfəsində Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib.
Azərbaycanın maliyyə orqanlarının yeni inzibati binaları istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Milli Qurtuluş günü ərəfəsində Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı rend-ə verilən məlumata görə, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olub.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi, 2 ünvanında yerləşən yeni inzibati bina müasir standartlara uyğun inşa edilib və burada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 576 kvadratmetr olan binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin kefiyyətini və çevikliyini artırır. İdarə paytaxtın bu hissəsində 60-dan çox büdcə təşkilatına xidmət göstərir.

Açılış mərasimində çıxış edən maliyyə naziri Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işləri bütün sahələri əhatə edir. Nazir qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülür.

İyunun 14-də nazir Samir Şərifovun və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikaylovun iştirakı ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 5 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Mərasim iştirakçıları əvvəlcə Qaradağ rayonu Lökbatan qəsəbəsində Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar.

Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi, 20-də yerləşən ümumi sahəsi 580 kvadratmetr olan bu inzibati bina da ən müasir üslubda inşa edilib və lazımi avadanlıqlarla təmin edilib. Qeyd olunub ki, 5 saylı Xəzinədarlıq İdarəsi hazırda 60-a yaxın büdcə təşkilatına xidmət göstərir. Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti