...

"Bank Silk Way" məcmu kapitalını təqribən 1/3 dəfə artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2012 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin yanvar-may aylarında Azərbaycan bankı "Bank Silk Way"in depozit portfeli 2011-ci ilin analoji dövrü ilə müqayisədə 1,9 faiz artaraq 48,43 milyon manat təşkil edib. Bu barədə şənbə günü Trend-ə bankdan məlumat veriblər.

İyunun 1-nə olan vəziyyətə görə, bankın aktivləri 99,14 milyon manat təşkil edib.

Hesabat dövründə bankın kredit portfeli 67,5 faiz artaraq 59,81 milyon manat olub. Fiziki şəxslərə verilən kreditlər 10,75 milyon manat (2,3 dəfə artım) təşkil edib.

Yanvar-may aylarının yekunu üzrə bankın xərclərinin ümumi həcmi 2,77 milyon manat təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 35,7 faiz çoxdur. Bankın gəlirləri 5,09 milyon manat (15,4 faiz artım), xalis mənfəəti isə 1,76 milyon manat (18,8 faiz azalma) olub.

İlin beş ayı ərzində bankın nizamnamə kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artaraq 28,3 milyon manat təşkil edib, məcmu kapital isə 29 faiz artaraq 40,02 milyon manat olub.

Aktiv kartların sayı il ərzində 30,3 faiz, 2012-ci ilin başlanğıcından isə 10,7 faiz artaraq 7744 ədəd təşkil edib. Bankomatların sayı 20, POS-terminalların sayı isə 100 ədəddir ki, bu da 2011-ci ilin yanvar-may aylarına nisbətən təqribən üç dəfə çoxdur. 2012-ci ilin başlanğıcından onların sayı 2,2 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti