...

Azərbaycanda kredit qoyuluşlarının həcmi 10 milyard manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 20:07 (UTC +04:00)
2012-ci il may ayının 1-nə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 10,5 milyard manatlıq kredit vəsaitləri yönəldilib.

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Ə.Həsənov/

2012-ci il may ayının 1-nə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 10,5 milyard manatlıq kredit vəsaitləri yönəldilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Kredit qoyuluşunun 34 faizi dövlət, 63,3 faizi özəl banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilib.

Verilmiş kreditlərin 71,5 faizini uzunmüddətli kreditlər təşkil edib, 6,9 faizinin ödənilmə vaxtı keçib.

Xəbər lenti

Xəbər lenti