...

Rusiya şirkəti Azərbaycanda iş və heyət axtarışı üzrə iri layihəyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 16:58 (UTC +04:00)
Rusiyanın internet-rekrutment bazarının lideri "HeadHunter" şirkəti və Azərbaycan informasiya internet bazarının lideri Day.Az media şirkəti birgə layihənin - Azərbaycanda iş və heyət axtarışı üzrə Jobs.Day.AZ saytının işə salınması haqqında məlumat yayıb.
Rusiya şirkəti Azərbaycanda iş və heyət axtarışı üzrə iri layihəyə başlayır

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Rusiyanın internet-rekrutment bazarının lideri "HeadHunter" şirkəti və Azərbaycan informasiya internet bazarının lideri Day.Az media şirkəti birgə layihənin - Azərbaycanda iş və heyət axtarışı üzrə Jobs.Day.AZ saytının işə salınması haqqında məlumat yayıb.

Jobs.Day.AZ mövcud saytlar - azerbaijan.hh.ru və jobs.day.az. əsasında yaradılır.

"HeadHunter" və Day.Az şirkətləri gözləyirlər ki, yaxın ildə birgə layihə Azərbaycanda lider mövqe tutacaq və azərbaycanlı işəgötürənlərə özlərinə tez və səmərəli əməkdaşlar tapmağa, istifadəçilərə isə maraqlı və yüksək əməkhaqqı olan iş tapmağa imkan verəcək.

"HeadHunter" Jobs.Day.Az layihəsinə internet-rekrutment sahəsində öz texnologiyalarını daxil edəcək:

- Axtarış verənlər tərəfindən saytda yerləşdirilən hər xülasə əl moderasiyasından keçəcək;
- Jobs.Day.Az axtarış sistemi sinonim, abbreviatura, məntiqi əlaqələr və morfologiya uçotunun tanınması texnologiyasını əldə edəcək ki, bu da şirkət və axtarış verənlər üçün lazımi məlumatın axtarışını sadələşdirir;
- Qeydiyyata alınan şirkətin saytla işləyən bütün əməkdaşları üçün vahid qeydiyyat çərçivəsində qeyri-məhdud sayda virtual iş yerləri yaranır.

"Day.Az portalı - əla iş nüfuzu ilə öz sahəsinin lideri, baxılma və keyfiyyətli auditoriya üzrə yaxşı göstəriciləri ilə başlanğıc üçün bizə keyfiyyətli meydança təqdim edir. Biz layihənin uğurlu olmasını, şübhəsiz ki, "HeadHunter" tərəfindən internet-rekrutment sahəsində qabaqcıl texnologiyaların daxil edilməsi və yerli bazarın xüsusiyyətlərini nəzərə almaqla, fəal inteqrasiya ilə bağlayırıq", - "HeadHunter" tərəfindən layihə rəhbəri Vitali Terentyev bildirib.

"HeadHunter" ilə tərəfdaşlıq bizə Rusiyanın onlayn rekrutment bazarının liderinin unikal texnoloji bazasına çıxış imkanı verir. Biz tam əminik ki, "HeadHunter"in on ildən artıq təcrübəsinin Azərbaycanda Day.Az portalının lider mövqeyi ilə birləşməsi sürətli inkişaf üzrə birgə müəssisəni təmin edəcək. Biz onlayn rekrutment sektorunu strategiyamızda müstəsna hesab edirik və bazarda birgə müəssisəninin irəliləməsinə fəal investisiya qoymaq niyyətindəyik", - Day.Az media şirkətinin inkişaf üzrə direktoru Vladimir Mnoqoletni deyib.

Xəbər lenti

Xəbər lenti