...

Bakı-Moskva təyyarəsi məcburi eniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2012 14:58 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Moskva (Domodedovo) marşrutu üzrə istiqamət alan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib.
Bakı-Moskva təyyarəsi məcburi eniş edib

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-Moskva (Domodedovo) marşrutu üzrə istiqamət alan sərnişin təyyarəsi Bakıda məcburi eniş edib. Bu barədə Trend-ə şənbə günü Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata əsasən, təyyarə Bakıdan yerli vaxtla saat 12:55-də uçub, lakin sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən paytaxta qayıdıb.

Aeroportdan deyiblər ki, təyyarə yaxın vaxtlarda Moskvaya uçmalıdır.

Xəbər lenti

Xəbər lenti