...

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 17 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 14:15 (UTC +04:00)
2012-ci ilin yanvar-avqust aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici dövlətlə ticarət əməliyyatları aparıblar.
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 17 milyard dolları ötüb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

2012-ci ilin yanvar-avqust aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 146 xarici dövlətlə ticarət əməliyyatları aparıblar. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara əsasən, xarici ticarət dövriyyəsi 29,1 milyard ABŞ dolları təşkil edib, onun 6,0 milyard dolları idxalın, 23,1 milyard dolları ixracın payına düşüb, 17,1 milyard dollarlıq müsbət saldo yaranıb.

Qeyri-neft məhsullarının ixracı 1001,3 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-avqust aylarının səviyyəsini 5,5 faiz üstələyib.

Xarici ticarət əməliyyatlarının 84,3 faizi İtaliya, İsrail, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, İndoneziya, Türkiyə, Almaniya, Fransa, Hindistan, Çin, Böyuk Britaniya, Bolqarıstan, Gürcüstan, Çexiya Respublikası, Tayvan (Çinin əyaləti), Yunanıstan, Ukrayna, Sinqapur və Tunis dövlətləri, qalan 15,7 faizi isə digər ölkələrlə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti