...

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 19 milyard dollar təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2012 15:43 (UTC +04:00)
2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 149 xarici dövlətlə ticarət əməliyyatları aparıblar.
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 19 milyard dollar təşkil edir

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 149 xarici dövlətlə ticarət əməliyyatları aparıblar.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 32,5 milyard ABŞ dolları təşkil edib, onun 6,8 milyard dolları idxalın, 25,7 milyard dolları ixracın payına düşüb, 18,9 milyard dollarlıq müsbət saldo yaranıb.

Qeyri-neft məhsullarının ixracı 1097,3 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-sentyabr aylarının səviyyəsini 6,4 faiz üstələyib.

Xarici ticarət əməliyyatlarının 84 faizi İtaliya, Amerika Birləşmiş Ştatları, İsrail, Rusiya Federasiyası, Türkiyə, Almaniya, İndoneziya, Hindistan, Fransa, Çin, Böyük Britaniya, Çexiya, Tayvan (Çinin əyaləti), Yunanıstan, Gürcüstan, Bolqarıstan, Ukrayna, İraq və Malayziya, qalan 16 faizi isə digər ölkələrlə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti