...

Azərbaycanda sement istehsalçısı barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 19:00 (UTC +04:00)
Azərbaycanda sement istehsalının qanunauyğunluğu ilə bağlı araşdırmalar davam edir.
Azərbaycanda sement istehsalçısı barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Azərbaycanda sement istehsalının qanunauyğunluğu ilə bağlı araşdırmalar davam edir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində "Qaradağ-S" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Qaradağ-S" adlı M-400 markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərildiyi, "Qaradağ-S" adlı M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrinin üzərində isə çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilmədiyi müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bundan başqa, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi müəyyən edilib.

Eyni zamanda, müəssisədə istehsal edilən sementin laborator müayinəsi aparılmadan satışa çıxarıldığı aşkarlanıb.

Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən "Qaradağ-S" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti