...

"Qaradağ" sementlərinin istehsalının dayandırıması barədə göstəriş verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 17:55 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Qaradağ-H" MMC-yə məxsus istehsalat sahəsində sement istehsalı və satışının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğu vəziyyətinin yoxlanılması zamanı müəssisənin anbarında olan sementdən nümunələr götürülərək laborator müayinəyə göndərilib.
"Qaradağ" sementlərinin istehsalının dayandırıması barədə göstəriş verildi

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Qaradağ-H" MMC-yə məxsus istehsalat sahəsində sement istehsalı və satışının antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğu vəziyyətinin yoxlanılması zamanı müəssisənin anbarında olan sementdən nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən M-300 və M-400 markalı sementlərin sıxılmada möhkəmlik həddinin normativ-texniki sənədlərdə müəyyən edilmiş normadan az olduğu, M-400 markalı sementin sıxılmada möhkəmlik həddinin hətta M-300 markalı sement üçün müəyyən edilmiş normadan da aşağı olduğu aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar, normativ sənədlərin tələblərinə cavab verməyən sementin istehsalı və satışının dayandırılması, habelə istehsal olunan sementin normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi barədə Dövlət Xidməti tərəfindən "Qaradağ-H" MMC-yə icrası məcburi göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti