...

Ermənistan iki nəqliyyat layihəsini işə salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2013 16:11 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın tapşırığı ilə nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan cümə günü 3 milyard dollar məbləğində dəyərləndirilən "Ermənistanın cənub dəmir yolu" və "Ermənistanın cənub sürət yolu" layihələrinin işə salındığını elan edib.
Ermənistan iki nəqliyyat layihəsini işə salır

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın tapşırığı ilə nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan cümə günü 3 milyard dollar məbləğində dəyərləndirilən "Ermənistanın cənub dəmir yolu" və "Ermənistanın cənub sürət yolu" layihələrinin işə salındığını elan edib. Trend-in məlumatına görə, bu barədə "Rasia" şirkətindən "ARKA" agentliyinə daxil olan məlumatda deyilir.

Layihələrin imzalanması mərasimində yüksək vəzifəli dövlət məmurları, səfirlər, investisiya və müstəqil fondların nümayəndələri, habelə Ermənistan, Çin, Rusiya, BƏƏ və İrandan korporasiya rəhbərləri iştirak ediblər.

Bundan əlavə, "Cənubi Qafqaz dəmir yolu" QSC, Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi və "Rasia" şirkəti arasında Ermənistanın cənub dəmir yolunun inkişafına yönəldilmiş regional əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.

Ermənistanın cənub dəmir yolunun 316 kilometr uzunluğunda birxətli elektrikləşdirilmiş dəmir yolu olacağı güman edilir. Bu dəmir yolu Göyçə (Sevan) gölünün yaxınlığındakı Qavar şəhərinin ətraf ərazilərindən Ermənistanın cənub sərhədlərinədək Mehri şəhərinin ətraf ərazilərini birləşdirəcək. Cənub sürət yolunun uzunluğu 110 kilometr olacaq, Sisian və Mehri şəhərlərini birləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti