...

Azərbaycanda nəqliyyatı intellektual idarəetmə sisteminin əhatəsi genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin yaradılmasının ikinci mərhələsi çərçivəsində işlərə başlamağı planlaşdırır. Bu barədə Trend-ə bazar ertəsi nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, ikinci mərhələ çərçivəsində Bakı qəsəbələri və Abşeron yarımadasını əhatə etmək planlaşdırılır.

"Bu il sistemin əhatə sahəsinin genişləndirilməsi üzrə işlərə başlanılacaq, lakin hələlik dəqiq tarixi demək çətindir", - Həsənov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti