...

"Bank of Baku"nun plastik kartları ilə rekord sayda nağdsız əməliyyat aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 16:36 (UTC +04:00)
14 fevral 2013-cü il tarixində "Bank of Baku"-nun Bolkart, İdeal, Mybrand's hissə-hissə ödəniş kartları ilə rekord sayda nağdsız əməliyyat həyata keçirilib.
"Bank of Baku"nun plastik kartları ilə rekord sayda nağdsız əməliyyat aparılıb

Azərbaycan, Bakı, 15 iyun /Trend/

14 fevral 2013-cü il tarixində "Bank of Baku"-nun Bolkart, İdeal, Mybrand's hissə-hissə ödəniş kartları ilə rekord sayda nağdsız əməliyyat həyata keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, həmin gün toplam 5 mindən artıq nağdsız əməliyyat qeydə alınıb.

Xatırladaq ki, "Bank of Baku" 14 fevral tarixində müştərilər üçün xüsusi kampaniyalar keçirib. Həmin gün Bolkart sahibləri hər hansı məhsulu alıb, onun dəyərini 14 ay ərzində bərabər hissələrlə ödəmək imkanı, İdeal mağazalar şəbəkəsində 30 %-dək endirim və digər fürsətlər əldə edibər.

Bu gün "Bank of Baku"-nun plastik kartları sıravi vətəndaşlar arasında getdikcə artan populyarlıq qazanır. Xatırladaq ki,ötən il Azərbaycanda buraxılmış bütün kredit kartların 60 %-i "Bank of Baku"-ya məxsusdur. Banka məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən "Dostlar Klubu" kartları, Visa və MasterCard kredit kartları, Mybrands və İdeal kobrend kredit kart növləri təşkil edir.

"Bank of Baku"-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti