...

"PAŞA Həyat Sığorta" müsabiqədə qalib gəlmiş jurnalistləri mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2013 16:50 (UTC +04:00)
Bu gün “PAŞA Həyat Sığorta” ASC-də “Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsində gəlmiş jurnalistlərin mükafatlandırma mərasimi keçirilib.
"PAŞA Həyat Sığorta" müsabiqədə qalib gəlmiş jurnalistləri mükafatlandırıb

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Bu gün "PAŞA Həyat Sığorta" ASC-də "Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları" mövzusunda jurnalistlər arasında yazı müsabiqəsində gəlmiş jurnalistlərin mükafatlandırma mərasimi keçirilib.

Jurnalistlər və qonaqların iştirakı ilə keçirilən tədbirdə müsabiqəyə təqdim olunmuş yazılar müzakirə olunub. Bildirilib ki, müsabiqə üzrə təqdim olunmuş məqalələr, o cümlədən qalib gəlmiş yazılar tam şəffaflıq prinsipləri əsasında yoxlanılaraq müəyyənləşdirilib.

Daha sonra "PAŞA Həyat Sığorta" ASC-nin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquluyev tərəfindən qaliblərin adları açıqlanıb.

Tədbirin sonunda E.Hüseynquluyev tərəfindən müsabiqədə yer tutmuş jurnalistlərə pul mükafatları təqdim olunub. Baş mütəxəssis ölkədə həyat sığortasının təbliği, eyni zamanda əhalinin marifləndirilməsi üçün şirkət tərəfindən il ərzində belə müsabiqələrin keçiriləcəyini bildirib və növbəti müsabiqələrdə jurnalistlərin daha da yaxından iştirak etməsini xahiş edib.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" şirkəti tərəfindən "Azərbaycanın sığorta bazarında həyat sığortasının rolu: həyat sığortasının inkişafı və potensial imkanları" mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinə 2012-ci ilin dekabr ayının 10-dan start verilib və 2013-cü ilin yanvar ayının 14-də müsabiqə başa çatıb.

Şərtlərə görə, müsabiqədə yalnız qəzet, jurnal və informasiya agentliklərinin nümayəndələri iştirak edib. Mövzu ilə bağlı hazırlanan məqalə 8-9 min işarədən (A4 formatında, times new roman şriftində, təxminən 3 səhifə) çox olmamalı idi.

Müsabiqədə iştirak edən müəlliflərin yazıları müxtəlif mətbuat orqanında dərc olunduq sonra qəbul edilib. Müsabiqədə I yerin qalibinə 300 manat, II yerin qalibinə 200 manat və III yerin qalibinə 100 manat həcmində mükafatın verilməsi nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti