...

"Günay Sığorta" kapitalını 1,5 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Günay Sığorta" ASC-nin 2,2 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in çərşənbə axşamı QKDK-nin saytına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 2200 səhm buraxılıb.

Bununla da, şirkətin nizamnamə kapitalı 4,2 milyon manatdan 6,4 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti