...

İcbari Sığorta Bürosu 4-cü kompensasiya ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 16:37 (UTC +04:00)
İcbari Sığorta Bürosu tərəfindən 4-cü kompensasiya ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosu 4-cü kompensasiya ödənişi həyata keçirib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/

İcbari Sığorta Bürosu tərəfindən 4-cü kompensasiya ödənişi həyata keçirilib. Bu barədə Trend-ə bazar ertəsi bürodan məlumat verilib.

Məlumata görə, mart ayının 29-da Azərbaycan vətəndaşına ailə üzvünün 28.12.2012-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə əlaqədar 5000 manat məbləğində kompensasiya ödənişi verilib.

Kompensasiya ödənişi qeyri-nağd üsulla (poçt vasitəsilə) həyata keçirilib.

Bu günə qədər büro tərəfindən ödənilən konpensasiyaların ümümi həcmi 12,69 min manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti