...

Azərbaycanın sığorta şirkəti kapitalını demək olar ki, 10 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2013 17:07 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Era Trans Sığorta" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 1900 manat olan 3000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını qeydiyyata alıb.
Azərbaycanın sığorta şirkəti kapitalını demək olar ki, 10 faiz artırır

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Axundov /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Era Trans Sığorta" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 1900 manat olan 3000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, səhmlər "Era Trans Sığorta"nın qeydiyyat nömrəsi AZ1005008540 və hər birinin nominal dəyəri 1756 manat olan 3000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Beləliklə, şirkətin nizamnamə kapitalı 5,268 milyon manatdan 157 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti