...

Azərbaycan və Gürcüstanın gömrük administrasiyaları əməkdaşlığın səmərəliliyini artırırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 14:16 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın gömrük administrasiyaları qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalayacaqlar.
Azərbaycan və Gürcüstanın gömrük administrasiyaları əməkdaşlığın səmərəliliyini artırırlar

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan və Gürcüstanın gömrük administrasiyaları qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Gürcüstan Gömrük Administrasiyasının Xarici əlaqələr departamentinin rəhbəri Samson Uridia deyib.

Onun sözlərinə görə, müqavilə Gürcüstan Gömrük Xidmətinin nümayəndə heyəti Bakıda olan zaman imzalanacaq.

"Müqavilə iki ölkənin gömrük administrasiyaları arasında səmərəli əməkdaşlıq üçün yaxşı hüquqi baza olacaq. Müqavilə iqtisadi operatorların iqtisadi aktivliyinin artmasına, gömrük nəzarətinin keyfiyyətinin yaxşılaşmasına yardım edir" , - Uridia qeyd edib.

Onun sözlərinə görə, müqavilə Dünya Gömrük Təşkilatının standartlarına riayət edilməklə hazırlanıb.

"Gürcüstan gömrükçülərinin Azərbaycana səfərinin məqsədi bizim yaxşı münasibətlərimizin möhkəmləndirilməsidir. İki ölkənin gömrük administrasiyaları strateji tərəfdaşlardır" , - Uridia vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti