...

Bakı yeni beynəlxalq təşkilatın mərkəzi olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 16:47 (UTC +04:00)
Bakı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında yaradılacaq və İƏT-ə üzv ölkələrdə əmək və məşğulluqla bağlı fəaliyyət göstərəcək yeni beynəlxalq təşkilatın mərkəzi olacaq.
Bakı yeni beynəlxalq təşkilatın mərkəzi olacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Bakı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında yaradılacaq və İƏT-ə üzv ölkələrdə əmək və məşğulluqla bağlı fəaliyyət göstərəcək yeni beynəlxalq təşkilatın mərkəzi olacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq münasibətlər departamentinin rəhbəri Xaliq İlyasov deyib.

Onun sözlərinə görə, mənzil-qərargahı Bakıda olacaq bu yeni təşkilatın yaradılması barədə razılaşma İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun Bakıda keçirdiyi görüşlər zamanı əldə edilib.

"Yeni struktur vahid peşəkar standartların, əmək təhlükəsizliyi standartlarının hazırlanması, əmək şəraitinə riayət edilməsi, əlillik üzrə müavinətlərin təyini məsələləri ilə məşğul olacaq. Təşkilatın konvensiyası qəbul ediləcək. Konvensiyaya İslam dünyasının bütün ölkələri qoşulacaq. Hələlik təşkilatın adı müəyyənləşdirilməyib, lakin struktur Azərbaycanın yaxın iki ildə İƏT-in Əmək və sosial müdafiə məsələləri komitəsində sədrliyi dövründə yaradılacaq", - İlyasov qeyd edib.

Yeni təşkilatın yaradılması Bakı çərçivə sənədində əksini tapacaq. Bu sənəd Bakıda keçirilən İƏT-ə üzv ölkələrin əmək və sosial müdafiə nazirlərinin iclasının yekunu üzrə cümə günü qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti