...

Sahib Ələkbərov: Daşınmaz əmlaka vergi qoymanın sərtləşdirilməsi məqsədəuyğun deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 19:28 (UTC +04:00)
Azərbaycanda daşınmaz əmlaka qoyulan vergi dərəcələrinin artırılması hazırkı mərhələdə daşınmaz əmlak bazarına mənfi təsir göstərə bilər.

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycanda daşınmaz əmlaka qoyulan vergi dərəcələrinin artırılması hazırkı mərhələdə daşınmaz əmlak bazarına mənfi təsir göstərə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Ələkbərov bildirib: "Bu çox mürəkkəb mövzudur. Bildiyiniz kimi, daşınmaz əmlakdan daxil olan vergilər minimaldır. Potensial olaraq bu məbləğ çox böyük ola bilər. Bəzi ölkələrdə daşınmaz əmlakdan daxil olan vergilər bütün daxilolmaların yarısını təşkil edir. Lakin Azərbaycanda bu praktikanın tətbiqi daşınmaz əmlak bazarına mənfi təsir edə bilər. Azərbaycanda daşınmaz əmlak bazarı hələ yenicə formalaşmağa başlayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev vurğulayırdı ki, bu məsələdə tələsmək olmaz".

Nazir müavininin sözlərinə görə, bəzi ölkələr belə vergiləri tətbiq edib və heç nəyə nail olmayıblar: "Mən nümunə kimi Qazaxıstan və Rusiyanı göstərə bilərəm. İlk növbədə, daşınmaz əmlak sahibləri mühitinin formalaşdırılmasına ehtiyac var, ev sahibini vergi ödəməyə cəlb etmək isə çox sadədir. Hər halda bu bir-iki ilin yox, uzaq gələcəyin məsələsidir. Bu praktikanın tətbiqi daşınmaz əmlak bazarının məhdud sayda sahibkarlar arasında bölünməsinə gətirib çıxardacaq ki, bu da yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti