...

"Bank of Baku" ilk dəfə mobil operatorla birgə kobrend kartı buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 17:48 (UTC +04:00)
"Bank of Baku" və Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan "Nar Mobile" şirkəti müştərək "Bolkart-Nar" kobrend kart layihəsinə başlayırlar.
"Bank of Baku" ilk dəfə mobil operatorla birgə kobrend kartı buraxır

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"Bank of Baku" və Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan "Nar Mobile" şirkəti müştərək "Bolkart-Nar" kobrend kart layihəsinə başlayırlar. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

"Bolkart-Nar" layihəsi Azərbaycanda mobil operatorlarla banklar arasındakı irimiqyaslı əməkdaşlığın ilk nümunəsidir.

"Bolkart-Nar" nədir?

Xüsusi olaraq "Nar Mobile" abunəçiləri üçün nəzərdə tutulmuş, onlara "Bolkart"ın üstünlüklərindən başqa əlavə üstünlüklər də təqdim edən kobrend kartdır. "Bolkart-Nar" kartı almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

"Bolkart-Nar"ı kimlər ala bilər?

- 24 ay və daha artıq müddətə abunəçisi olan və son 12 ayda minimum 200 manatlıq mobil danışıq haqqı ödəyən "Nar Mobile" müştəriləri;

- "Nar Mobile" abunəçisi olan və "Bank of Baku"nun daimi müştərisi olan istənilən şəxs.

"Bolkart-Nar"ın üstünlükləri nədir?

- "Bolkart" şəbəkəsində alış-veriş edib hissə-hissə ödəmək imkanı;

- Ölkədə, ölkə hüdudlarından kənarda və internetdə "MasterCard" loqosu qeyd olunmuş bütün məkanlarda alış-veriş imkanı;

- Fərqlilik - "Bolkart" limitindən əlavə, "Nar Mobile" üzrə mobil rabitə xidmətinin ödənişi üçün əlavə limitdən istifadə imkanı.

"Bolkart-Nar" üzrə kredit limiti necə təyin edilir?

Kredit limiti 2 hissədən ibarətdir:

"Bolkart" limiti - Son 12 aydakı mobil rabitə ödənişinin 200%-i həcmində, bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.

Avtomatik mobil rabitə ödənişi üçün aylıq limit - son 12 aydakı mobil rabitə ödənişinin 15%-i həcmində, bankın daimi müştərilərinə daha artıq məbləğ ayrılması mümkündür.

Misal. Əgər müştərinin son 12 ay ərzindəki mobil rabitə ödənişi 300 manatdırsa, o halda "Bolkart" üzrə limiti 600 manat, mobil rabitənin avtomatik ödənişi üçün limit isə aylıq 45 manat təyin edilir. Yəni kartı əldə etmiş müştərinin mobil nömrə üzrə balansı sıfırlandıqda fasilə yaranmadan mobil rabitədən ay ərzində 45 manatlıq limit çərçivəsində istifadə edə bilər. Həm "Bolkart" üzrə limit, həm də mobil rabitə üzrə limitdən istifadə zamanı yaranan borc "Bank of Baku"ya ödənilir.

"Bolkart-Nar" kartını əldə etmək üçün hazırda müştərilər yalnız şəxsiyyət vəsiqəsi ilə "Bank of Baku"nun baş ofisində yerləşən Müştəri Xidmətləri Departamentinə və ya "Mərkəz" filialına baş çəkə bilərlər.

"Bolkart-Nar" layihəsi barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti