Azərbaycan, Bank, 25 sentyabr /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Zaminbank" ASC-nin 10 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
QKDK-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, emissiya prospektinə hər birinin nominal dəyəri 200 manat olan 50 min səhm daxildir.
Səhmlərin emissiyasının yerləşdirilməsi nəticəsində "Zaminbank"ın nizamnamə kapitalı 42,18 milyon manatdan 52,18 milyon manatadək artırılacaq.