Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Noyabrın 15-də "Bank Technique"in "Şans" depoziti üzrə əmanətçilərinə "Volkswagen Polo" avtomobilini qazandırmaq fürsətini verən "Şans Technique" adlı stimullaşdırıcı lotereyanın ilk tirajı keçiriləcək.
Bankdan Trend-ə verilən məlumata görə, şərtlərə əsasən, "Şans" depozitinə 8.000 AZN və ya 10.000 USD vəsait qoyan hər bir əmanətçiyə lotereyada iştirak hüququnu verən 1 kupon təqdim olunur. Depozitin müddəti - 12 ay, illik faiz dərəcəsi - 8%-dir.
"Şans Technique" lotereyasını fərqləndirən müsbət cəhət odur ki, bank lotereyada iştirak etmək üçün əmanətin açılması üzrə müəyyən müddətin keçməsini tələb etmir. Bu isə o deməkdir ki, hətta tiraja bir gün qalmış müştəri depozit üzrə vəsait yatırsa, lotereyada iştirak hüququnu qazanmış olur. Lotereya ildə 2 dəfə oynanılır. "Şans" depoziti üzrə əmanət yatıran və bu tirajda qalib gəlməyən əmanətçilərin növbəti tirajda da iştirak edə bilər.
Depozit haqqında daha ətraflı məlumatı bankın saytından əldə etmək olar.
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda "Bank Technique"in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün: www.banktechnique.az