...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2013 13:10 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz)bahalaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) bahalaşıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78434 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

25 dekabr

0,7843

2 dekabr

0,7844

26 dekabr

0,7844

3 dekabr

0,7844

27 dekabr

0,7844

4 dekabr

0,7843

28 dekabr

0,7844

5 dekabr r

0,7843

29 dekabr

0,7844

6 dekabr

0,7843

Həftə ərzində orta

0,78438

Həftə ərzində orta

0,78434

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib.

Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7835 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 3-də 2,856 milyon dollar; dekabrın 5-də 1,693 milyon dollar. Dekabrın 2, 4 və 6-da isə sövdələşmələr bağlanmayıb.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

25 dekabr

0,7835

2 dekabr

0,7835

26 dekabr

0,7835

3 dekabr

0,7835

27 dekabr

0,7835

4 dekabr

0,7835

28 dekabr

0,7835

5 dekabr r

0,7835

29 dekabr

0,7835

6 dekabr

0,7835

Həftə ərzində orta

0,7835

Həftə ərzində orta

0,7835

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti