...

"Bank Technique" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2013 15:53 (UTC +04:00)
"Bank Technique" filial şəbəkəsini genişləndirməkdə davam edir. Dekabrın 14-də "Bank Technique" ASC-nin Bakı şəhəri, Nizami küçəsi, 68 ünvanında yerləşən "Mərkəz" filialının rəsmi açılışı olub.
"Bank Technique" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir A.Axundov/

"Bank Technique" filial şəbəkəsini genişləndirməkdə davam edir. Dekabrın 14-də "Bank Technique" ASC-nin Bakı şəhəri, Nizami küçəsi, 68 ünvanında yerləşən "Mərkəz" filialının rəsmi açılışı olub. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrda bank xidmətləri göstərilir.

Bununla da bankın xidmət şəbəkəsi hazırda Baş ofis, 33 filial və 13 şöbədən ibarətdir.

Tədbirdə çıxış edən bankın İdarə heyətinin sədri Ülvi Mansurov yeni filialın yerləşməsinin rəqabət üstünlüyündən,geniş spektr məhsul və xidmət təklif edən ofisdəki rahat şəraitdən bəhs edib.

Ü.Mansurov Trend-ə bildirib ki, bank filial şəbəkəsini genişləndirməyə davam edəcək, lakin bu siyasəti tarazlaşdırılmış formada həyata keçirəcək: "Hazırda olduqca şaxəli filiala malikik, lakin biz həmişə bazarı təhlil edirik, daim bazarın nəbzini tuturuq, görəndə ki, yaxşı yerdə müəyyən fayda verə biləcək yeni filial açmaq üçün əla imkan yaranıb bundan istifadə edəcəyik".

"Mərkəz" filialının açılış mərasimində bank rəhbərliyi, iş adamları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti