...

"Bank Technique" "İlin bankı" seçilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 16:14 (UTC +04:00)
"Bank Technique" ASC "Azeri Business Award" mükafatı çərçivəsində "İlin bankı" adına layiq görülüb. Bankdan Trend-ə verilən məlumata görə, mükafat banka dinamik inkişaf və bank xidmətlərin müasirləşdirilməsinə görə təqdim edilib.
"Bank Technique" "İlin bankı" seçilib (FOTO)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

"Bank Technique" ASC "Azeri Business Award" mükafatı çərçivəsində "İlin bankı" adına layiq görülüb. Bankdan Trend-ə verilən məlumata görə, mükafat banka dinamik inkişaf və bank xidmətlərin müasirləşdirilməsinə görə təqdim edilib.

"Bank Technique"in İdarə Heyətinin üzvü Orxan Hüseynov təqdimetmə mərasimində çıxış edərkən bildirib: "Yola saldığımız il "Bank Technique" üçün çox uğurlu bir il oldu və bugünkü tədbirdə uğurlarımızın əks olunması bizi həddən artıq sevindirir. Bütün təşkilatçılara təşəkkürümüzü bildiririk".

"Azeri Business Award" mükafatı Azərbaycanın aparıcı, işgüzar nəşri olan "Business Time" jurnalı tərəfindən təsis edilib. Mükafat milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin biznesinin inkişaf tempi götürülür.

Mükafatın təqdimetmə mərasimi 14 dekabr 2013-cü il tarixində "Fairmont Baku" hotelində keçirilib. Mərasimə 200-dən artıq qonaq qatılıb.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 32 filial və 13 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün: www.banktechnique.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti