...

"Fitch" "Bank Technique"-in reytinqini yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr/Trend, müxbir E.Əliyev/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Bank Technique"-in xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B-" səviyyəsinədək (əvvəlki "CC"), bankın davamlılıq reytinqini "b-" səviyyəsinədək yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü agentliyin yaydığı məlumatda deyilir.

Məlumata görə, bu reytinqlərin yaxşılaşması problemli kreditlər üzərində aparılan işdə xeyli irəliləyişi əks etdirir ki, bu da hazırda kapital mövqenin və rahatlıq likvidliliyin xeyli yaxşılaşmasına gətirib çıxarıb: "Bununla belə, reytinqlər hələ də aktivlərin aşağı keyfiyyətini və sərt idarə edilən kapitalı əks etdirir".

"Fitch" analitikləri hesab edirlər ki, bankın kapitalının artmasına baxmayaraq, onun həcmi əvvəlki menecmentdən qalan probelmlərin tam həlli üçün hələ də kifayət etmir.

Bundan başqa, "Fitch" bankın uzunmüddətli EDR-ni "B" səviyyəsinədək yaxşılaşdırıb, dəstək reytinqini "5" səviyyəsində və uzunmüddətli EDR-in dəstək səviyyəsini isə "dəstək səviyyəsi yoxdur" səviyyəsində təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti