...

"Bank Technique" 2013-cü ilin ən innovativ bankı seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Bir il əvvəl rebrendiqdən sonra "Bank Technique"in uğurları artmaqda davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Bank Technique"in xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "B-" səviyyəsinədək (əvvəlki "CC"), bankın davamlılıq reytinqini isə "b-" səviyyəsinədək yaxşılaşdırıb.

Bundan əlavə, "Bank Technique" daha bir uğura imza atıb. Londonda nəşr olunan nüfuzlu "International Finance Magazine" tərəfindən bank Azərbaycanda "2013-cü ilin ən yaxşı internet bankı" (Best Internet Bank Azerbaijan 2013) və "2013-cü ilin ən innovativ bankı" (Most Innovative Bank Azerbaijan 2013) nominasiyalarında qalib adına layiq görülüb.

Jurnal tərəfindən təsis edilən "Financial Awards" (maliyyə üzrə mükafatlar) qalibləri beynəlxalq reytinq agentliklərinin məlumatları əsasında redaksiya heyətinin qərarı ilə müəyyən edilib.

Mükafatın təqdimetmə mərasimi dekabrın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Mərasimdə "Bank Technique"in Müşahidə Şurasının üzvü Rauf Ağayev deyib: "Seçiminizə görə təşəkkürümüzü bildiririk və gələcəkdə də işimizdə innovasiyaları tətbiq edən Azərbaycanın ən qabaqcıl bank imicini qoruyub saxlamağa çalışacağıq. Biz daim xidmətlərimizin təkmilləşdirilməsi istiqamətində işləyir və öz təcrübəmizlə bölüşməyə hazırıq".

Mənzil-qərargahı Böyük Britaniyanın paytaxtında yerləşən jurnal beynəlxalq maliyyə dairələri üçün xəbərlərin, analitik yazıların əsas mənbələrdən biri hesab edilir. Auditoriyası 150-dən artıq ölkəni əhatə edən elektron nəşrin ekspertləri ölkələrə dair illik hesabatlar hazırlayır, müxtəlif nominasiyalar üzrə reytinqlər tərtib edirlər. Nəşr tərəfindən təsis edilmiş "Financial Awards" mükafatı yüksək məhsuldarlıq və keyfiyyət nişanı kimi bank sahəsində də yüksək qiymətləndirilir. Maliyyə göstəriciləri ilə yanaşı, qaliblərin müəyyən edilməsi zamanı korporativ sosial məsuliyyət layihələri, o cümlədən xeyriyyəçilik, korporativ idarəetmənin yaxşılaşdırılması və qlobal miqyasda maliyyə birliyinə təsir göstərən digər amillər də nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti