...

Fazil Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 17:53 (UTC +04:00)
Bu gün vergilər naziri Fazil Məmmədov Sumqayıtda 2 saylı Ərazi Vergilər Departamentində Sumqayıt şəhərindən və Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.
Fazil Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Bu gün vergilər naziri Fazil Məmmədov Sumqayıtda 2 saylı Ərazi Vergilər Departamentində Sumqayıt şəhərindən və Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 50-yə yaxın vətəndaş vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış imkandan razı qaldırdıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti