...

Gəncədə sərnişin vaqonları istehsalı zavodu tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2013 14:02 (UTC +04:00)
"Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun tikilməsi nəzərdə tutulur".
Gəncədə sərnişin vaqonları istehsalı zavodu tikiləcək

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun tikilməsi nəzərdə tutulur". Trend "Kəpəz" TV-yə istinadən xəbər ki, bunu nəqliyyat naziri Ziya Məmmədov Gəncə dəmiryol vağzalının inzibati binasının təmirdən sonra açılışı mərasimində deyib.

Nazir bildirib ki, bu istiqamətdə İsveçrənin "Ştadler" şirkəti ilə danışıqlar aparılır: "Hazırda layihə sənədləri hazırlanır. Güman edilir ki, bir neçə ay sonra layihənin icrasına başlayacağıq. Cənab prezidentin verdiyi bu qərarlar vaxtında və keyfyyətlə icra ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti