...

"Paşa Sığorta" nizamnamə kapitalını 25 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 14:02 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Paşa Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Sığorta" nizamnamə kapitalını 25 faiz artırır

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Paşa Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in çərşənbə günü QKDK-ya istinadən verdiyi məlumata görə, emissiyanın yerləşdirilməsi 1000 manat nominalla 40000 səhmin 1250 manatlıq nominalla eyni həcmdə səhmə konvertasiyası yolu ilə aparılacaq.

Nəticədə şirkətin nizamnamə kapitalı 40 milyon manatdan 50 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti