...

"TuranBank" vergi xidməti işçilərinə 3 faiz endirimlə istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 18:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 1 fevral 2005-ci il tarixli sərəncama uyğun olaraq hər il fevral ayının 11-i ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı kimi qeyd olunur. 2000-ci ilin məhz bu günü Vergilər Nazirliyi yaranıb.
"TuranBank" vergi xidməti işçilərinə 3 faiz endirimlə istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 1 fevral 2005-ci il tarixli sərəncama uyğun olaraq hər il fevral ayının 11-i ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı kimi qeyd olunur. 2000-ci ilin məhz bu günü Vergilər Nazirliyi yaranıb.

"TuranBank" Vergilər Nazirliyinin kollektivini peşə bayramları münasibətilə təbrik edir və 11-13 fevral tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Bankdan Trend-ə verilən məlumata görə, kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirib. Bundan başqa, adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz olaraq bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təkif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti