...

"Bank Technique"in 20 ili tamam olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2014 19:33 (UTC +04:00)
Bu gün “Bank Technique”in 20 illik yubileyidir.
"Bank Technique"in 20 ili tamam olur

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gün "Bank Technique"in 20 illik yubileyidir.

1994-cü ilin bu günü banka Azərbaycan Milli (hazırda Mərkəzi) Bankı tərəfindən 198 nömrəli bank əməliyyatlarının aparılmasına dair lisenziya verilmişdi. İlk olaraq bank "Rəşadbank" adı altında fəaliyyətə başlamış, 1998-ci ildə isə "Texnika Bank" adlandırılaraq fəaliyyətini davam etdirmişdi.

2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində bank "Bank Technique" adı ilə bazara daxil olaraq, qısa zaman ərzində innovativ bank imicini yarada bilib. Ən əsası bank maliyyə göstəricilərini keyfiyyətcə yaxşılaşdırıb, nizamnamə kapitalını xeyli artırıb, Azərbaycan bazarına yeni, unikal xidmət və məhsullar çıxarıb.

Baş ofis, 32 filial və 16 şöbəni birləşdirən geniş xidmət şəbəkəsi, eləcə də ən müasir onlayn-bankçılıq sistemi çoxsaylı müştərilərə effektiv xidmət göstərməyə imkan yaradıb. 23 illik müasir tarixə malik olan Azərbaycanın maliyyə bazarında iyirmi illik təcrübə etibarlılıq, inam, etimad və ixtisaslaşmış idarəetmənin bariz əlamətidir.

Bunları nəzərə alaraq, qeyd etmək olar ki, 20 illiyinə qədəm qoyan "Bank Technique" Azərbaycanın aparıcı bankları sırasında öz yerini təsdiqləmiş bankdır. Yubiley ilində bank daim olduğu kimi, öz müştərilərinə və tərəfdaşlarına minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti