...

Valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarətinin təşkilinə dair kollektiv saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 11:06 (UTC +04:00)
BFB-dən Trend-ə bu gün verilən məlumata görə, bununla da, Bakı Fond Birjasında ilk dəfə valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarəti həyata keçirilməyə başlanılır. Likvidliyi InvestAZ şirkəti tərəfindən təmin ediləcək yeni alətlər üzrə hesablaşmalar Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır.
Valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarətinin təşkilinə dair kollektiv saziş imzalanıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

19 Mart 2014-cü il tarixində "Bakı Fond Birjası" Qapalı Səhmdar Cəmiyyəti, Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti və İnvest-AZ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında BFB-nin təklif etdiyi ticarət platforması (Meta Trader 4) vasitəsi ilə "Valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarətinin təşkili, aparılması, klirinq və hesablaşmaların həyata keçirilməsinə dair Kollektiv Saziş" imzalanmışdır.

BFB-dən Trend-ə bu gün verilən məlumata görə, bununla da, Bakı Fond Birjasında ilk dəfə valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarəti həyata keçirilməyə başlanılır. Likvidliyi InvestAZ şirkəti tərəfindən təmin ediləcək yeni alətlər üzrə hesablaşmalar Milli Depozit Mərkəzi tərəfindən aparılacaqdır.

Artıq adı çəkilən Sazişə ölkənin bir sıra qabaqcıl maliyyə qurumları qoşulmuşdur. Bazar iştirakçıları və onların müştəriləri bu xidmətin üstünlüklərindən faydalana bilərlər.

Bu istiqamət üzrə görülən işlər valyuta və əmtəə əsaslı maliyyə alətlərinin ticarətinin tənzimlənən bazar instutları vasitəsi ilə həyata keçirilməsi üzrə mühüm mərhələdir.

Qeyd edək ki, baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramındakı tədbirlər planı çərçivəsində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti