...

Azərbaycanda ötən ay istehlak inflyasiyası 0,3 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 17:27 (UTC +04:00)
2014-cü ilin mart ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Azərbaycanda ötən ay istehlak inflyasiyası 0,3 faiz təşkil edib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2014-cü ilin mart ayında ərzaq məhsullarının qiymətləri 0,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.

Ay ərzində qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, yumurtanın, göyərtinin, çuğundurun, kökün, kartofun, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, buğda ununun, balıq məhsullarının, kolbasa məmulatlarının, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, balqabağın, soğanın, sarımsağın, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri mart ayında ucuzlaşıb, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti