...

Bank Technique-in növbəti müştərisi avtomobil qazandı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 18:34 (UTC +04:00)
“Bank Technique” ASC-nin Babək prospekti, 16 ünvanında yerləşən yeni baş ofisində aprelin 15-də bankın “Şans” depoziti üzrə vəsait yatıran əmanətçiləri arasında “Volkswagen Polo” avtomobilini qazanmaq şansı verən “Şans Technique” adlı stimullaşdırıcı lotereyanın növbəti - sonuncu tirajı oynanılıb.
Bank Technique-in növbəti müştərisi avtomobil qazandı (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

"Bank Technique" ASC-nin Babək prospekti, 16 ünvanında yerləşən yeni baş ofisində aprelin 15-də bankın "Şans" depoziti üzrə vəsait yatıran əmanətçiləri arasında "Volkswagen Polo" avtomobilini qazanmaq şansı verən "Şans Technique" adlı stimullaşdırıcı lotereyanın növbəti - sonuncu tirajı oynanılıb.

5 nəfərdən ibarət Tiraj komissiyasının nəzarəti altında oynanılan lotereya lototron vasitəsilə, kuponlar arasında təsadüfi seçim metodu ilə keçirilib. Yeni baş ofisin müştərilər üçün nəzərdə tutulmuş birinci mərtəbəsində oyunun gedişatını bankın müştəriləri və KİV nümayəndələri izləyiblər. Qalibin adı yazılmış kuponu lototrondan Tiraj komissiyasının sədri, telejurnalist Emin Əfəndi çıxarıb.

Lotereyanın qalibi bankın baş ofisinin müştərisi Aysel İlham qızı Nağıyeva (bilet № BT-000018) olub. O, "Şans" depozitinə 8.000 AZN pul yatıraraq, lotereyada iştirak hüququnu qazanan 1 lotereya əldə edib və bu lotereya ona "Volkswagen Polo" avtomobilini qazandırıb.

Qeyd edək ki, şərtlərə əsasən, "Şans" depozitinə 8.000 AZN və ya 10.000 USD vəsait yatıran hər bir əmanətçiyə lotereyada iştirak hüququ verən 1 kupon təqdim olunurdu. Depozitin müddəti 12 ay, illik faiz dərəcəsi isə 8%-dir.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda Bank Technique-in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün: www.banktechnique.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti