...

“Coca-Cola” və basketbolçu Lebron Ceyms yeni “Sprite” hazırlayıblar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 10:48 (UTC +04:00)
“Coca-Cola” şirkəti və Amerika basketbolunun ulduzu Lebron Ceyms birgə albalı və portağal dadlı yeni “Sprite” hazırlayıblar.
“Coca-Cola” və basketbolçu Lebron Ceyms yeni “Sprite” hazırlayıblar (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

"Coca-Cola" şirkəti və Amerika basketbolunun ulduzu Lebron Ceyms birgə albalı və portağal dadlı yeni "Sprite" hazırlayıblar. Bu barədə cümə günü şirkətdən daxil olan məlumatda deyilir.

Amerika basketbolunun ulduzu və mədəniyyət ikonası olan Lebron Ceyms idman karyerası ərzində 1 000 möhtəşəm oyun keçirib. Lakin bu bahar o, oyunu kreativ özünü ifadə etməyə dəyişəcək və basketbol meydançasından kənarda "Sprite"la əməkdaşlıq edərək yeni unikal dadın hazırlanmasında iştirak edəcək.

Lebron Ceymsdən "Sprite 6 Mix" - "Sprite"ın limiti təyin edilmiş ilk içkisidir ki, basketbol çempionu və mədəniyyət ikonası ilə əməkdaşlıqda hazırlanıb. Oyunun qaydalarını dəyişən təravətləndirici içki özündə ənənəvi "Sprite"ın və albalı ilə portağalın qarışıq dadını birləşdirir. Yeni dadın formulu, qablaşdırılması və adı L.Ceymsin üslubuna və dad üstünlükləri əsasında basketbol ulduzu ilə birgə hazırlanıb.

"Lebron Ceyms yeni məhsulu bizim pərəstişkarlara təqdim etmək üçün gözəl tərəfdaşdır. Biz Lebronun 2003-cü ildə NBA liqasına daxil olduğu andan onunla əməkdaşlıqdan zövq almışıq və onun "Sprite"ı təmsil etdiyindən qürur duyuruq", - deyə "Coca-Cola" şirkətini Şimali Amerikada "Sprite" brendinin vitse-prezidenti Kimberli Peyc bildirib.

Lebron Ceymsdən "Sprite 6 Mix" vaxt baxımından məhdud müddət üçün nəzərdə tutulub və plastik və tənəkə qablarda istehsal olunur. Yeni içkinin qablaşdırılmasında L.Ceymsin oynadığı komandanın loqosu, onun komandada geyindiyi formanın nömrəsi və brendin fonunda ulduz basketbolçunun inisialları əks olunub. Eyni zamanda, qablaşdırmada üzərində tac olan "6" rəqəmi təsvir olunub ki, bu da idmançının tanınmış "Kral Ceyms" nikini ifadə edir. Əlavə məlumatı bu linkdən əldə etmək olar: Sprite.com/6mix-story.

"Mən uşaqlıqdan "Sprite" işirəm və heç vaxt ağlıma belə gətirə bilməzdim ki, nə vaxtsa mənim şəxsi dadım olacaq. "Sprite" komandası ilə mənim xoşladığım dadı sevdiyim brendin bir variasiyasına çevrilməsi istiqamətində çalışaraq, mən gözəl bir vaxt keçirdim. Hazırladığımız yeni məhsulla fəxr edirəm və pərəstişkarlarımın onun dadına baxmasını səbirsizliklə gözləyirəm", - deyə L.Ceyms bildirib.

Lebron Ceymsdən "Sprite 6 Mix" məhsulu multiprofilli reklam kampaniyası ilə dəstəklənir. Şüarı "Levron oyunun qaydalarını dəyişdi. Yenidən." olan reklam kampaniyasının çarxları ilə bu linklərin vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=YSSzgYDbiM4; https://www.youtube.com/watch?v=4F5IBieLc0Q.

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti