...

Azərbaycanda daha yaxşı enerji səmərəliliyi üçün Schneider Electric avtomatlaşdırma vasitələri və həllərini önə çəkir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2014 11:48 (UTC +04:00)
Tədbirdə SE avtomatlaşdırma vasitələri və həlləri haqqında öyrənmək üçün özəl biznes və universitetlərdən 60-dan çox elektrik mütəxəssisi bir araya gəldi.
Azərbaycanda daha yaxşı enerji səmərəliliyi üçün Schneider Electric avtomatlaşdırma vasitələri və həllərini önə çəkir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

16 aprel 2014-cü il tarixdə Park Inn Hotel Azərbaycanın elektrik mütəxəssislərinin ən sıx olduğu məkan idi çünki, Schneider Electric onları Bakıda bir günlük seminara dəvət etmişdi. Tədbirdə SE avtomatlaşdırma vasitələri və həlləri haqqında öyrənmək üçün özəl biznes və universitetlərdən 60-dan çox elektrik mütəxəssisi bir araya gəldi. Tədbir iştirakçılarını salamlayan Schneider Electric şirkətinin Azərbaycan üzrə Prezidenti Emrah Tekdemir Azərbaycanın davamlı inkişaf etdiyini və biznes mənfəətlərini artırmaq və gələcək nəsillər üçün daha yaxşı mühiti təmin etmək məqsədilə enerji səmərəliliyi metodlarının əhəmiyyətini vurğuladı.

SE avtomatlaşdırma biznesi üzrə qrup rəhbəri Pünhan Seyidov Schneider Electric şirkətinin Azərbaycan bazarında mövcud olan avtomatlaşdırma vasitələri və həllərini geniş təsvir etdi və yerli biznes və infrastruktur layihələri ilə SE-nin işçi təcrübəsini bölüşdü. P.Seyidov Schneider Electric şirkətinin yerli elektrik mühəndislərinin inkişaf etdirilməsinə dəstək göstərdiyinə diqqət çəkdi və Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət Texniki Universiteti (ADTU), Azərbaycan Dövlət Dənizçilik Akademiyası (ADDA) ilə əməkdaşlığın yaxşı səviyyədə olduğunu qeyd etdi.

ADNA dekan müavini prof. Ramiz Həsənov Azərbaycan təhsilinə dəstəyinə görə Schneider Electric şirkətinə minnətdarlığını bildirdi və qlobal enerji şirkətinin bilik və təcrübəsinin Azərbaycanda tətbiqinin yüksək dəyərini vurğuladı. Dosent Zakir Həsənov ADNA tələbələrinin hazırladığı elektrik təlim modullarını tədbirin sərgi sahəsində qürurla təqdim etdi.

Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə Schneider Electric şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard Avro məbləğində satış həcminə nail olmuşlar.

www.schneider-electric.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti