...

Bakıda yerləşən daha 8 notariat kontorunda “Bank Technique”in şöbələri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2014 16:10 (UTC +04:00)
Notariat əməliyyatlarının icrası və alqı-satqı əməliyyatlarının sürətləndirilməsi məqsədilə, Bakı şəhərində yerləşən daha 8 notariat kontorları nəzdində “Bank Technique” ASC-nin yeni şöbələri fəaliyyətə başlayıb. Bu barədə Trend-ə bankdan verilən məlumatda deyilir.
Bakıda yerləşən daha 8 notariat kontorunda “Bank Technique”in şöbələri açılıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Notariat əməliyyatlarının icrası və alqı-satqı əməliyyatlarının sürətləndirilməsi məqsədilə, Bakı şəhərində yerləşən daha 8 notariat kontorları nəzdində "Bank Technique" ASC-nin yeni şöbələri fəaliyyətə başlayıb. Bu barədə Trend-ə bankdan verilən məlumatda deyilir.

Yeni şöbələr 26 saylı (Binəqədi rayonu, Aydınbəyov küç., 106), 9 saylı (Nərimanov rayonu, H.Əliyev pr., 72), 54 saylı (Nəsimi rayonu, Xan Şuşinski küç., 12), 37 saylı (Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivi 117a), 23 saylı (Nizami rayonu, Bəhruz Nuriyev küç., 29), 32 saylı (Binəqədi rayonu, 9a mkr., Mir Cəlal küç., 31), 22 saylı (Nəsimi rayonu, Cavadxan küç., 40), 46 saylı (Səbail rayonu, Z.Əliyeva küç., 23) notariat kontorları nəzdində fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanda yeganə olaraq, "Bank Technique"in elektron kioskları vasitəsilə, Bakı şəhəri üzrə notariat kontorları və onların nəzdində fəaliyyət göstərən Bankın şöbələrində, notariat rüsumlarını, vaxt itkisinə məruz qalmadan, rahatlıqla ödəmək mümkündür. Bank gələcəkdə regionlarda yerləşən notariat kontorlarında da bu təcrübəsini tətbiq etmək niyyətindədir. Xidmət nöqtələrinin yerləşməsini Bankın saytındakı xəritədən daha rahat izləmək olar.

Qeyd edək ki, yeni xidmət nöqtələrinin açılması ilə "Bank Technique"in şöbələrinin sayı 22-yə çatdırılıb. Ümumilikdə, Bankın xidmət şəbəkəsi 32 filial və 22 şöbəni əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti