...

İlin əvvəlindən Azərbaycanın xarici ticarət profisiti 4,4 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 16:07 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 14,46 faiz azaldığını bildirib. Trend-in məlumatına görə, bu barədə Komitənin hesabatında deyilir.
İlin əvvəlindən Azərbaycanın xarici ticarət profisiti 4,4 milyard dolları ötüb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 14,46 faiz azaldığını açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Komitənin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 122 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 9,89 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 4,42 milyard dollara yaxın müsbət saldo yaranıb.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 3548 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2513-ü hüquqi, 1035-i isə fiziki şəxsdir.

Yanvar-aprel aylarında 7,16 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,98 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 6,8 milyard dollar (94,97 faiz), özəl sektor - 344,06 milyard dollar (4,81 faiz), fiziki şəxslərin payı isə 17,87 milyon dollar (0,25 faiz) olub.

Yanvar-aprel aylarının yekunlarına görə, idxal 2,73 milyard dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 13,07 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 755,48 milyon dollar (27,63 faiz), özəl sektor - 1,88 milyon dollar (68,86 faiz), fiziki şəxslərin payı isə 97,56 milyon dollar (4,07 faiz) olub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 1292 adda məhsul ixrac, 4801 adda məhsul isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti