...

Azərbaycanda yeni maşınqayırma müəssisəsinin yaradılmasına hazırlıq gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Emil İsmayılov/

Hazırda Gəncədə yeni vaqonqayırma zavodunun yaradılması prosesi İsveçrənin "Stadler" şirkətinin həyata keçirdiyi layihələndirmə mərhələsindədir. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən deyiblər.

Azərbaycanda vaqonların əsaslı təmiri üçün lazımi infrastrukturun olmaması səbəbindən "Azərbaycan Dəmir Yolları" QSC hazırda onları xaricə, o cümlədən Ukrayna və Rusiyaya göndərir.

QSC-dən bildiriblər ki, hazırkı mərhələdə şirkət layihə üzərində iş aparır, avadanlıqların tədarükü və nəzərdə tutulan gücdə yeni müəssisənin məsələləri ilə məşğul olur. Bu, mühüm layihədir və onun hazırlanması zaman tələb edir".

Bir müddət əvvəl "Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler" şirkəti Bakıda Avropa standartlarına uyğun 30 yeni sərnişin dəmiryol vaqonunun alqı-satqısı haqqında müqavilə imzalayıblar. Bu barədə danışarkən QSC-dən deyiblər ki, vaqonların ölkəyə çatdırılması 2015-ci ildə həyata keçiriləcək: "Bu, 2014-cü ilin sonlarında və 2015-ci ilin əvvəllərində baş verə bilər. Birmənalı olaraq təsdiqləmək olar ki, 2015-ci ildə yeni vaqonlar ölkəyə çatdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti