...

"InvestAZ" və "Azərpoçt" MMC birgə əməkdaşlığa başladılar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2014 15:03 (UTC +04:00)
"InvestAZ" şirkəti Azərbaycanda FOREX bazarında ticarət edən müştərilərinin sayının artmasını nəzərə alaraq xidmət şəbəkəsini genişləndirib.
"InvestAZ" və "Azərpoçt" MMC birgə əməkdaşlığa başladılar

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

"InvestAZ" şirkəti Azərbaycanda FOREX bazarında ticarət edən müştərilərinin sayının artmasını nəzərə alaraq xidmət şəbəkəsini genişləndirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, "InvestAZ" və "Azərpoçt" MMC arasında imzalanmış müqaviləyə əsasən artıq FOREX bazarında ticarət edən "InvestAZ" şirkətinin müştəriləri "Azərpoçt"un müştəri xidmətləri şöbəsi vasitəsilə hesablarına rahatlıqla mədaxil/məxaric edə bilərlər. Xidmət Bakı, Abşeron, Sumqayıt şəhərlərində yerləşən 74 filial və 200-ə yaxın poçt şöbəsi ilə yanaşı, Azərbaycanın bütün regional poçt filiallarının müştəri xidmətləri şöbələrini də əhatə edir.

Qeyd edək ki, şirkət Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin verdiyi lisenziyalar əsasında broker, diler və aktivlərin idarə olunması fəaliyyəti göstərir. Türkiyədə də tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən "InvestAZ" şirkəti Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti