...

"Bank Technique" "Cash-in" xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2014 16:51 (UTC +04:00)
“Bank Technique” ASC müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bu dəfə “Cash-in” xidmətini təqdim edir.
"Bank Technique" "Cash-in" xidmətini təqdim edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

"Bank Technique" ASC müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bu dəfə "Cash-in" xidmətini təqdim edir.

Yeni xidmət müştərilərə "AzeriCard" prosesinq mərkəzində xidmət olunan bankların "Cash-in" funksiyalı bankomatlarından (hazırda "Azərbaycan Beynəlxalq Bankı" və "Bank Respublika") istifadə edərək kart balansını artırmağa imkan yaradır.

"Bank Technique" kartının balansını artırmaq üçün yuxarıda qeyd edilən bankların "Cash-in" funksiyalı bankomatlarına yaxınlaşaraq, "Cash to card" funksiyasını seçib və kartın nömrəsini daxil edib nağd vəsaiti xüsusi slota daxil etmək lazımdır.

Qeyd edək ki, xidmət pulsuzdur və əlavə komissiya tələb etmir.

Nağd vəsaiti Azərbaycan manatı, həmçinin ABŞ dollarında olan kart hesablarına köçürmək mümkündür. Köçürülmüş vəsait dərhal kartın balansında əks edilir və həmin dəqiqə ondan istifadə etmək mümkündür. Bundan əlavə, kartın balansı digər şəxslər tərəfindən də artırıla bilər, çünki əməliyyat bank kartı olmadan da həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, balansın artırılması 24x7 rejimində aparılır.

Yeni xidmət "Bank Technique" müştərilərinin rahatlığını təmin etməklə bankla müştəri arasında proseslərin avtomatlaşdırılmasına, xidmət sürətinin artırılmasına, məsafəli bankçılığın inkişafına yardımçı olur.

Daha ətraflı məlumat üçün: www.banktechnique.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti