...

AXA MBASK-dan “ikitərəfli siğorta”

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2014 11:29 (UTC +04:00)
AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir.
AXA MBASK-dan “ikitərəfli siğorta”

Azərbaycan, Trend, 28 oktyabr /Trend/

AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə davam edir. Bu dəfə, Sığortaçı avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi almış müştərilərinə "İKITƏRƏFLI SIĞORTA" adlı unikal sığorta paketi hazırlamışdır.

Çərşənbə axşamı şirkətdən Trend-ə daxil olan məlumata görə, AXA MBASK şirkətinin yeni "İKITƏRƏFLI SIĞORTA" məhsulu yol-nəqliyyət hadisəsi zamanı avtomobil sahiblərinin rahatlığını təmin etmək üçün hər iki tərəfi, yəni həm hadisənin baş verməsində təqsirli olan avtomobil sahibini,həm zərərcəkmiş üçüncü şəxsləri qoruma altlına alır.

Belə ki, sığorta hadisəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə yanaşı, sığorta hadisəsinin baş verməsində təqsirli şəxsin öz avtomobilinə dəymiş zərərlər də ödənilir.

Əlavə olaraq, bu məhsul sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlərin toplanması xərclərinin və hadisədən sonra həm sığortalının həm qarşı tərəfin nəqliyyat xərclərinin əvəzinin ödənilməsi kimi xidmətləri əhatə edir.

Yeni məhsulun daha bir üstünlüyü ondan ibarətdir ki, sığorta məbləği sığorta ödənişi verildikdən sonra azalmır və sığorta müddəti ərzində hər bir hadisəyə şamil edilir. Həmçinin bu məhsul üzrə azadolma tətbiq edilmir.

Bir daha qeyd edək ki," İKİTƏRƏFLI SIGORTA" yalnız AXAMBASK sığorta şirkətində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sıgortası şəhadətnaməsi yazdırmış müştərilərinə təklif olunur.

"İkitərəfli sığorta" -nı əldə etmək üçün Bakıda və regionlarda şirkətin sizə yaxın olan sığorta agentliyinə müraciət etmək kifayətdir.

Daha ətraflı məlumat, (012) 950 nömrəsinə zəng edib və ya http://www.axambask.az/az/icbari-57 linkə daxil olaraq almaq olar.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti