"Schneider Electric" şirkəti Azərbaycanın enerji sektorunun inkişafına töhfə vermək, yerli və xarici neft-qaz mütəxəssislərinin qazanılmış bilik və təcrübələrinin intensiv mübadiləsini həyata keçirmək məqsədilə 5-6 noyabr 2014-cü il tarixində Bakının "Fairmont" hotelində keçirilmiş ARDNŞ-nin 2-ci NQNK forumuna dəstək göstərib.
"Schneider Electric" şirkətinin Avropa, Orta Şərq və Afrikada həyata keçirilən İrimiqyaslı Layihələr Qrupunun bölmə rəhbəri Paolo Zunino təqdimatda qeyd edib ki, hazırda yerinə yetirilən irimiqyaslı neft-qaz layihələrinin miqyası, mürəkkəbliyi və gərgin qrafiki ilkin konsepsiya və planlaşdırma, tikinti, habelə tam yerinə yetirilmə, iş məhsuldarlığının yoxlanıb təsdiq edilməsi və sınaqdan keçirilmədən tutmuş istismara verilmə və nəhayət son istifadəçilərə təhvil verilməyə kimi səmərəli icra proseslərini tələb edir.
Onun sözlərinə görə, "Schneider Electric" şirkətinin iri neft-qaz emal zavodları üçün nəzərdə tutulmuş qurğuların avtomatlaşdırılması və elektrikləşdirilməsi üzrə həll variantları qlobal enerji idarəetməsi üzrə mütəxəssislərin təcrübə və bilikləri ilə daha da gücləndirilməklə, əhəmiyyətli surətdə sahibkarın ümumi xərclərinin azaldılmasına kömək edir. Qurğunun avtomatlaşdırılması planlaşdırılmış əməliyyatlara və biznes fəaliyyətlərinə nail olmaq məqsədilə zavod və müəssisə daxilində mümkün olan məlumatların təmin edilməsinə kömək edir. Qurğunun elektrikləşdirilməsi isə həyata keçirilən əməliyyatlara dinamik surətdə uyğunlaşmaqla, enerji istifadəsi və xərcləri qorumaq və idarə etməklə yanaşı, onları idarə edir.
NQNK layihəsi çərçivəsində illik istehsal gücü 12 mlrd. kubmetr olan Qaz Emalı Zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan əsas polimerlər üzrə Neft-Kimya Zavodunun tikintisi planlaşdırılır. Kompleks üçün planlaşdırılmış kommunal, köməkçi avadanlıqlar və sahədən kənar obyektlər avtomatik elektrik stansiyasının tikintisini ehtiva edəcək. Kompleks Bakı şəhərindən 60 km məsafədə yerləşəcək və 2020-ci ildə layihələndirmə, tikinti və tədarüklə bağlı işlərin tamamlanması və 1-ci mərhələ üzrə zavodların istismara verilməsi nəzərdə tutulub.
Forum ARDNŞ-nin NQNK layihəsinin inkişafı barədə etibarlı və ətraflı məlumatlar, eləcə də bazara dair daha çox biliklər əldə etmək, habelə layihədə iştirak edən tərəflərlə birbaşa danışıqlar aparmaq baxımından həm yerli, həm də xarici şirkətlər üçün mükəmməl görüş yerinə çevrilib.
Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə "Schneider Electric" şirkəti çoxsaylı bazar seqmentləri üçün birləşdirilmiş həll variantları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard avro məbləğində satış həcminə nail olublar.