...

"AtaBank" bayramqabağı hədiyyə kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2014 13:33 (UTC +04:00)
"AtaBank" ASC 25 noyabr 2014-cü il tarixindən öz rəsmi facebook səhifəsində "Şaxta Baba arzusunu bizə yazır, Sən də yaz!" şüarı altında hədiyyəli kampaniyaya start verir.
"AtaBank" bayramqabağı hədiyyə kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

"AtaBank" ASC 25 noyabr 2014-cü il tarixindən öz rəsmi facebook səhifəsində "Şaxta Baba arzusunu bizə yazır, Sən də yaz!" şüarı altında hədiyyəli kampaniyaya start verir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini qaldırmaq və onlara bu bayram günlərində onlara sevinc hissi bəxş etməkdir.

Bir ay ərzində davam edəcək müsabiqədə bir neçə qalib müəyyən ediləcək və qaliblərin adları 25 dekabr 2014-cü il tarixində elan olunacaq. Qaliblər öz hədiyyələrini Şaxta Babadan şəxsən alacaqlar.

Müsabiqənin şərtləri isə cox asandır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı keçidə daxil olmaq kifayətdir: https://www.facebook.com/atabank

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti