...

“Acer” şirkəti Azərbaycanda kompüter texnikası istehsal edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2014 14:03 (UTC +04:00)
“Acer” şirkəti Azərbaycanda kompüter texnikasının istehsalını təşkil edəcək.
“Acer” şirkəti Azərbaycanda kompüter texnikası istehsal edəcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Hüseyn Vəliyev /

"Acer" şirkəti Azərbaycanda kompüter texnikasının istehsalını təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Bakutel-2014" XX yubiley sərgi-konfransı ərəfəsində Bakıda keçirilən mətbuat konfransında Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda istehsalatın KÜR kompüter texnikası istehsalı zavodu ilə birgə həyata keçirilməsi planlaşdırılır.

İstehsal olunan texnika "İntel" şirkətinin prossesor və çiplərinə əsaslanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti