...

Azərbaycan vətəndaşları il ərzində e-imza sahibi olacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2014 14:47 (UTC +04:00)
Azərbaycanın bütün əhalisi gələn il ərzində elektron-rəqəmsal imza (ERİ) sahibi olacaqlar.
Azərbaycan vətəndaşları il ərzində e-imza sahibi olacaqlar

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın bütün əhalisi gələn il ərzində elektron-rəqəmsal imza (ERİ) sahibi olacaqlar. Trend-in məlumatına görə, bunu bazar ertəsi rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə XX "Bakutel-2014" sərgi-konfransı ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, ERİ-nin yeni nəsil şəxsiyyət vəsiqələrinə inteqrasiyası sayəsində mümkün olacaq.

E.Vəlizadə qeyd edib ki, bir il ərzində Azərbaycanda ERİ sahiblərinin sayı təqribən 10 dəfə artıb. Hazırda ölkədə verilən ERİ-lərin ümumi sayı təqribən 90 minə çatır.

Nazir müavini əlavə edib ki, bundan başqa, nazirlik əhalinin aztəminatlı təbəqələrinə ERİ-lərin pulsuz verilməsi məsələsini nəzərdən keçirir.

Qeyd edək ki, e-imza vətəndaşlar üçün 18 manat, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər üçün müvafiq olaraq 36 və 72 manat, dövlət qurumlarının əməkdaşları üçün isə 80 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti