...

Bank Technique "İlin Bankı" elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"Bank Technique" ASC növbəti uğura imza atıb. Bu dəfə Bank, maliyyə bazarında yeni təşəbbüslərə və innovasiyaların tətbiqinə görə, Azərbaycanda nəşr edilən "Consulting&Business" jurnalının təsis etdiyi 2014-cü il üzrə "İlin Şirkəti" Milli biznes mükafatının "İlin Bankı" nominasiyasına layiq görülüb.

Bankın cümə axşamı yaydığı məlumata görə, dekabrın 10-da bu münasibətlə təşkil edilmiş təltifetmə mərasimində iştirak edən "Bank Technique"in Baş direktoru Kamran Axundov Banka verilən yüksək qiymətə görə təşkilatçılara təşəkkürünü bildirib, təmsil etdiyi qurumun fəaliyyəti və uğurları barədə qısa məlumat verib.

"İki il ardıcıl olaraq Azərbaycanın aparıcı və uğurlu şirkət və müəssisələri siyahısında təmsil olmağımız fəxr edə biləcəyimiz nəticədir. Çalışacayıq ki, gələcəkdə də bu ənənəni qoruyub saxlayaq", - deyə Kamran Axundov əlavə edib.

Qeyd edək ki, "İlin Şirkəti" Milli biznes mükafatı 2006-cı ildə "Consulting&Business" aparıcı analitik informasiya jurnalı tərəfindən təsis edilib. Mükafatın laureatları yüksək rentabelliyinə, bazarda dayanaqlı mövqeyə, maliyyə şəffaflığına, beynəlxalq standartlarına uyğunluğuna görə fərqlənən şirkət və qurumlardır.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 29 filial və 29 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti