...

"Schneider Electric" və "Invensys" – birgə daha yaxşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2014 17:50 (UTC +04:00)

Qloballaşma, rəqəmsal inqilab, ekoloji maarifləndirmə və ekologiyanın təsiri istehsalçıları öz prioritetlərini tarazlaşdırmağa və eyni zamanda səmərənin, məhsuldarlığın, etibarlılığın, texniki təhlükəsizliyin yüksəldilməsini idarə etməyə məcbur etdiyinə görə, sənayenin mənzərəsi dəyişir. Daim artan bu tələbatları ödəmək üçün sifarişçilər strateji tərəfdaşa ehtiyac duyur. 2014-cü ildə "Schneider Electric" şirkəti Böyük Britaniyada yerləşən "Invensys" şirkətinin satın alınmasını başa çatdırdı ki, gözlənilən əməkdaşlığı və dəyər yaratma təşəbbüslərini həyata keçirə bilsin.

"Schneider Electric" şirkətinin Mərkəzi Asiya ölkələri üzrə prezidenti Emrah Tekdemir bildirdi: "2014-cü ilin aprelindən etibarən biz keçmiş Invensys şirkətinin Schneider Electric şirkətinə birləşdirilməsini sürətləndirirdik və işlədiyimiz sahələrdə öz fəaliyyətimizi daha da genişləndirməyə yönəldirdik. Invensys şirkətinin Schneider Electric şirkətinə birləşdirildiyi bütün müddət ərzində bizə tamamilə aydın idi ki, bu satınalmanı əsaslandıran səbəb bizim sifarişçilər üçün dəyər yaratmaqdır və biz texnologiyaların birləşdirilməsinin əsas istiqamətlərini müəyyən etdik".

Bu satınalma sayəsində "Schneider Electric" şirkəti qüvvəni və avtomatlaşdırmanı birləşdirən səmərəli həll variantlarının təminatçısı qismində öz mövqeyini xeyli möhkəmləndirir. Bu sövdələşmə sayəsində birləşdirilmiş müəssisə sənaye və infrastruktur məhsullarının satışı bazarlarında özünəməxsus mövqe qazana biləcək.

"Schneider Electric" şirkətinin "PlantStruxure" texnologiyası fasiləli və fasiləsiz istifadə sahələri üçün texnoloji prosesin hərtərəfli avtomatlaşdırılma arxitekturasıdır. Keçirlmiş böyütmə nəticəsində onun həcmi genişlənmiş və o, keçmiş Invensys şirkətinin texnologiyalar portfelini, o cümlədən texnoloji proseslərə tətbiq olunmaq üçün nəzərdə tutulan paylaşdırılan idarəetmə sistemini və hazırda hibrid idarəetmə sisteminin tətbiqinə əsaslanmış kompüter proqramlarını və məsafədən ölçmə avadanlıqlarını əhatə etmişdir. "Wonderware" sistemi avadanlığının "PlantStruxure" texnologiyası ilə birləşdirilməsi nəticəsində SE şirkətinin sənaye müəssisələrindən ibarət olan sifarişçiləri dünyanın ən böyük avtomatlaşdırıcı kompüter proqramları dəstindən maneəsiz surətdə istifadə etmək imkanı qazanır və məsafədən idarə olunan qurğulara və texnoloji proseslərə aid olan həllərə istismarçı və ya istifadəçi tərəfindən idarə olunması imkanı qazanır.

E.Tekdemir deyib: "Schneider Electric və Invensys şirkətlərinin birlikdə fəaliyyəti daha faydalıdır. İşçilərimizin, imkanlarımızın və texnologiyalarımızın birləşməsi yəni daha yüksək səmərənin, məhsuldarlığın, çevikliyin, sadəliyin, etibarlılığın, texniki və fiziki təhlükəsizliyin fasiləsiz axtarışında olan sifarişçilərə daha çox mənfəət bəxş edir. Daim artan bu tələbatları ödəmək üçün biz sifarişçilərimizə öz fəaliyyət sahəsində qabaqcıl dəyişiklər aparan və sənaye avtomatlaşdırması, kompüter təminatı və enerji idarəetməsi haqqında dərin ixtisas təcrübəsi və bilik sayəsində onların tələbatlarını ödəyə bilən bir dünya miqyaslı texnologiya şirkəti ilə strateji tərəfdaşlıq təklif edirik".

Schneider Electric şirkəti haqqında

Enerji idarəetməsi üzrə hərtərəfli mütəxəssis qismində 100-dən çox ölkədə fəaliyyət göstərməklə "Schneider Electric" şirkəti çoxsaylı bazar seqmentləri üçün kompleks texnologiyaları, o cümlədən kommunal xidmət və infrastruktur, sənaye sahələri və maşınqayırma müəssisələri, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri və yaşayış binaları üzrə liderlik mövqelərini təklif edir. Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, məhsuldar və ekoloji cəhətdən zərərsiz olmasına yönəltməklə, bu şirkətlər qrupu və onun işçiləri fiziki və hüquqi şəxslərin öz enerjilərini ən səmərəli şəkildə istifadə etmələrinə kömək etmək əzmini fəal surətdə nümayiş etdirməklə 2013-cü ildə 24 milyard avro məbləğində satış həcminə nail olmuşlar.

www.schneider-electric.com

Schneider Electric Azərbaycan

Mətbuat Orqanları ilə Əlaqə Departamenti

Oqtay Məmmədov

Tel: +99412 488 83 39

[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti