Azərbaycan, Bakı, 25 fevral /Trend/
"Bank Technique" ASC 25 fevral tarixindən etibarən fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini 3%-dək artırıb. Bankdan Trend-ə verilən məlumata görə, artım milli valyuta və avroda yeni açılmış depozitlərə şamil olunur.
Belə ki, əhali arasında ən populyar hesab edilən milli valyutadakı "Standart" əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəlib. Depozit 5 il müddətinə yerləşdirilsə illik faiz ödənişləri məbləğin 16% təşkil edəcək. Həmçinin avrodakı "Standart" əmanəti üzrə illik faiz dərəcələri 7%-dən 8%-dək artırılıb.
Bundan əlavə, "Bank Technique", Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq "Sığortalı" əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib. Xatırladaq ki, əvvəl bu göstərici 9% təşkil edirdi.
Bank, həmçinin "Tələbli" depoziti üzrə faiz dərəcələrinin artırdığını bildirir. Hazırda milli valyutadakı əmanətlərdə bu rəqəm 4%-dən 6%-dək qaldırılıb.
Ümumilikdə, yuxarıda qeyd olunan depozit növləri üzrə, əmanətlər müddətdən əvvəl belə götürüldükdə hesablanan faiz dərəcələri bank tərəfindən artırılıb. Bu halda faiz dərəcəsi 2%-dək yüksəlib.
Əmanətlərin digər şərtləri dəyişməz olaraq qalır. Bu və digər ətraflı məlumatı bankın saytındakı "Depozitlər" bölməsindən əldə etmək mümkündür.
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda "Bank Technique"in 29 filial və 30 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün: www.banktechnique.az